10 Avqust 2022 12:18
2 639
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan hakimiyyəti öhdəlik götürüb, Qarabağın qalan ərazilərini Azərbaycana təhvil verməlidir”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Ermənistan” Alyansının bəyanatında bildirilib.

Bəyanatda Laçın şəhəri və Zabux kəndinin yaxın günlərdə Azərbaycana təhvil veriləcəyinə də diqqət çəkilib:

“Avqustun 25-dək konkret müddət müəyyən olunub ki, bunun qarşısını almağa məsul olan orqanlar heç bir mövqe bildirmirlər”.

Alyans hesab edir ki, Ermənistan hakimiyyətinin bu susqunluğu avqustun 25-nin son tarix kimi razılaşdırılmasının sübutudur.

Bəyanatda prosesin Laçınla yekunlaşmayacağı, Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərin də (Qarabağın dağlıq hissəsi) Azərbaycana təhvil veriləcəyi deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər