“Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində addımlar atırıq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşğlu deyib.
“Xüsusi nümayəndələrimiz dörd dəfə görüşüblər. Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqazda davamlı sülhün bərqərar olması istiqamətində addımlar atırıq”, - nazir bildirib.
Çavuşoğlu “Qarabağ qələbəsindən sonra bölgədə son vəziyyət necədir” sualına belə cavab verib:
“İki il keçir və hələ də Laçında erməni hərbçiləri var”.
Nazir bu ərazilərdən çıxan ermənilərin hər yeri dağıtdıqlarını, yandırdıqlarını bildirib.
Çavuşoğlu Azərbaycanın öz vətəndaşı olan ermənilərə bu ərazilərdə dinc yaşamaları üçün hər cür şəraiti yaradacağını söyləyib:
“Azərbaycan daha nə etməlidir?”.
Nazir Türkiyənin də, Azərbaycanın da bölgədə daimi sülh istədiyini vurğulayıb.