26 Sentyabr 2022 22:28
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Ermənistan və Azərbaycan arasında gərginliyin azaldılmasına və danışıqların bərpasına çağırır.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Parisdə Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlara başlamazdan əvvəl deyib.

“Rəsmi Paris əmindir ki, dialoqun təxirə salınmadan davam etdirilməsi lazımdır”, - o, bütün məsələlərin yalnız danışıqlar yolu ilə həll edilməsinə işarə edib.

“Mən əmin-amanlığın və danışıqların bərpasına çağırıram”, - Makron tviterdə Yelisey sarayından yayımlanan çıxışında deyib.


Müəllif: Teleqraf.com