13 Oktyabr 2022 09:19
1 118
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Azərbaycan-Ermənistan danışıqlarının davam edəcəyi gündəmdədir. Bu ay Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü planlaşdırılıb. Nə qədər ki, sülh sazişi imzalanmayıb belə görüşlər davam edəcək. Azərbayan üç istiqamətdə danışıqlar aparır. Birinci istiqamət prezidentin özünün keçirdiyi görüşlərdir. İkincisi, xarici işlər naziri Ceyhun Bayramovun apardığı müzakirələrdir. Üçüncüsü, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryanla aparılan danışıqlardır”.

Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev bildirib.

O əlavə edib ki, başqa bir danışıq istiqaməti işçi qrupu formatında aparılır:

“Bu platformada baş nazirin müavini Şahin Mustafayevin rəhbərli ilə edilir. Birinci üç istiqamət bilavasitə Azərbaycan-Ermənistan arasında sülh yolunda bizim əsas addımlarımızdır. Praqa görüşündə əslində Azərbaycan tamamilə uddu. Burada bir neçə faktor var ki, danıılmazdır. Məsələn, Praqada Azərbaycan Ermənistanı faktiki tələyə saldı. Azərbaycan bölgəyə sülhməramlı adı altında mülki missiyanın gəlməsinə etiraz etmədi, amma bu missiya bilavasitə İrəvanda oturacaq. Azərbaycan isə ehtiyac duyduğu təqdirdə missiya ilə əməkdaşlıq edə bilər. Missiyanın Ermənistana gəlməsi məncə, Tehran-İrəvan və Moskva-İrəvan münasibətlərini gərginləşdirir. Paşinyan bunu hesablaya bilmədi”.

Politoloq qeyd edib ki, Ermənistan sülh sazişini imzalamağa hazırdır:

“Həm Avropada götürdüyü öhdəliklər, həm bölgədəki vəziyyət, həm də Azərbaycanın yürütdüyü sistemli siyasət İrəvanı məcbur edir ki, sülh sazişini imzalasın. Əslində ağıllı ermənilər də bunu qeyd edirlər. Ermənilər yazırlar ki, hətta Azərbaycan tərəfi təklif edib ki, saziş noyabrın 9-da imzalansın, amma Paşinyan deyib ki, bu, ermənilərə siyasi-ideoloji zərbə olar.

Amma Nikol Paşinyan da sazişi tez imzalayıb bu problemdən qurtulmaq istəyir. Paşinyanı ölkə daxilində də şantaj edirlər. Odur ki, Ermənistan bunu etməyə məcburdur. İlin sonuna qədər azı çərçivə sazişi imzalanacaq. Adətən belə sazişlər iki aydan çox müddətə uzanmır”.


Müəllif: Nemət

Oxşar xəbərlər