“Azərbaycanın atdığı addımları dəstəkləyirik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz deyib.
“Azərbaycanın atdığı addımları dəstəkləyirik. Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları dəstəkləyirik. Azərbaycan ərazisi olan Qarabağın hər guşəsində Azərbaycan bayrağı dalğalanacaq”, - Türkiyə rəsmisi bildirib.
Azərbaycan Müdafiə Nazirliyi bundan əvvəl Qarabağdakı erməni dəstələrinin silahlarını yerə qoyaraq təslim olduqlarını açıqlamışdı.