23 Sentyabr 2023 21:17
1 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın keçirdiyi antiterror tədbiri başqa variantın qalmadığını göstərən tədbir idi".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizində və Qarabağda Azərbaycanın suverenliyini vacib şərt idi.

"Bu baş vermədikdə, qardaşlarımız haqlı olaraq səbirsizliklərini ortaya qoydular.

Türkiyə olaraq bu addımı atmağın zəruriliyini Azərbaycana çatdırdıq. Bu, mülki əhaliyə zərər verməyən və Azərbaycanın regionda hüquqi suverenliyinə yol açan qısa bir tədbir idi. İrəli sürdüyümüz rasional izahatlar vəziyyətin Azərbaycanın xeyrinə başa düşülməsində təsirli oldu”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər