29 Sentyabr 2023 21:06
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə görə təşəkkür ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Prezident Administrasiyası məlumat yayıb.

"Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərin nümayəndələri Xankəndi şəhəri yaxınlığında baş vermiş yanğın zamanı Azərbaycanın müvafiq dövlət qurumlarının həyata keçirdiyi tədbirlərə, xüsusilə yanğının söndürülməsi, xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi üçün zəruri tibbi ləvazimatların, dərman preparatlarının və təcili tibbi yardım avtomobillərinin əraziyə göndərilməsinə görə xüsusi minnətdarlıq ifadə ediblər", - məlumatda vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər