Bu sözləri Teleqraf.com-a iyunun 1-də kinoteatrlarda nümayiş olunacaq “Samedik” adlı uşaq komediya filminin prodüseri Ramiz Hüseynzadə deyib:
“Filmdəki hadisələrin əsas hissəsi Səmədin babasının evində cərəyan edir. Çünki çox dəcəl olduğuna görə onu babasının yanına - bağ evinə göndərirlər”.
Çəkilişlər Bakı və Abşeronda aparılıb. Filmin rejissoru Sahil Nəzərov, quruluşçu operatoru Əhməd Barasov, prodüseri Ramiz Hüseynzadədir.
Filmin qala gecəsi 1 İyun Beynəlxalq Uşaq Günündə baş tutacaq.
Nərmin