24 May 2017 13:32
2 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ən böyük arzum can sağlığıdır. Canın sağlam olması mühüm məsələdir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında ömrünün 69-cu baharını qeyd edən xalq artisti Fuad Poladov deyib.

Səs tellərində yaranan problemə görə müalicəsi davam edən xalq artisti hazırda özünü yaxşı hiss etdiyini deyib.

Doğum günü ilə əlaqədar təbriklərin ardı-arası kəsilmədiyini bildirən aktyor hər kəsə diqqətindən dolayı təşəkkür edib. Onun sözlərinə görə, bu günü evdə ailəsiylə birgə qeyd edəcək.

Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib. Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.

Müəyyən vaxtlarda Akademik Milli Dram Teatrının səhnəsində “Hamlet”də Hamlet, “Şah Qaçar”da Qacar, “Boy çiçəyi”ndə Həsənzadə, “Müsyo İbrahim və Quran çiçəyi”də Müsyo İbrahim obrazlarını yaradıb.

Ötən ilin sonlarında teatrı tərk etdiyini açıqlayaraq bir daha o səhnədə heç bir tamaşada rol almayacağını da bildirmişdi.

30-dan çox filmdə rol alıb.


Müəllif: Nərmin

Oxşar xəbərlər