19 Oktyabr 2018 16:23
1 654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gün öncə “Hər şey daxil” verilişində sponsor hesabına maşın almaq istədiyini dilə gətirən əməkdar artist Nahidə Orucova sözünün üstündə durmayıb.

Teleqraf.com-un məlumatına görə, maşın alması üçün sponsora ehtiyac duyduğu deyən aktrisa bu dəfə fərqli dəfə fərqli danışıb: "Yuxudan durandan İnstaqramda saytların yazdığını gördüm. O qədər şərh yazıblar ki... Deyirlər, bütün aktrisalar düşüb verilişlərə pul istəyirlər. Mən pul istəmirəm, sponsorum teatrımdır".

Qeyd edək ki, aktrisa verilişdə bu sözləri demişdi: “Bilirsiniz ki, bizim sənətdə maaş o qədər də yüksək deyil. Düz 10 il bundan qabaq güclə bir maşın aldım, indi dəyişməyə ehtiyac var. İmkanım yoxdur ki, dəyişdirim”.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər