28 Mart 2020 17:30
3 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İnsanlar yalnız virus vaxtı yox, hər zaman özlərini qorumaldırlar. Necə ki, mən və ailəm həmişə maska, əlcək taxır, spirt, antibakterial gellər istifadə edirik. Hətta evdə köməkçim iş görəndə belə tozdan qorunmaq üçün maskadan istifadə edirik. Bu vasitələr hər zaman həyatımızda olmalıdır".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Xalq artisti Mələkxanım Əyyubova deyib.

O, bildirib ki, karantin dövründə hamı evdə oturmalıdır:

"Biz sahilə yaxın ərazidə yaşayırıq. Baxıram ki, insanlar dəniz kənarında gəzirlər. Onlarda özlərini qorumaq hissi yoxdur. Tutaq ki, virus yoxdur. Amma evdə oturmaq tövsiyə edilirsə, buna əməl etmək lazımdır ki, təhlükəyə yaranmasın. Kütləvi şəkildə özümüzü qorumalıyıq. Elə peşənin sahibiyik ki, insanlara dəstək olmalıyıq. Mən sənət adamı, həyat yoldaşım polisdir. O, yollara nəzarət edir, gecələr evdə olmur. Evə gələndə isə yarım saat əlini yuyur, sonra paltarını dəyişir. Həkim, polis və müğənnilərin üzərinə yaxşı mənada yük düşür. Biz də insanlara öz musiqimizlə mənəvi qida veririk".

Xalq artisti onu da əlavə edib ki, məcbur olmadıqca evdən çölə çıxmır:

"Heç yerə getmirəm, qonaq qəbul etmirəm. İki övladım ailəlidir, onlar da evlərində oturublar. Görüntülü danışırıq, amma gediş -gəliş yoxdur. Efirə gedən zaman saç ustamı evə çağırıram. Köməkçim də şəxsi avtomobili ilə gəlir. Amma çalışırıq ki, çox ünsiyyətdə olmayaq. İnsanlar başa düşməlidirlər ki, daim özlərini qorumalıdırlar".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər