7 Dekabr 2021 12:48
3 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İstanbul şəhərində 9-cu Beynəlxalq İpəkyolu Film Mükafatları təqdim olunub.

Mədəniyyət Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu il mükafat üçün müxtəlif ölkələrdən 3089 film ilə rekord sayda müraciət qəbul olunub. Festivalın final mərhələsinə Azərbaycandan 2 film, Amil Amalın “Titrəmə” qısametrajlı bədii və Lətif Lətifsoyun “Anya” qısametrajlı sənədli filmləri keçib.

”Titrəmə” filmi festvalın beynəlxalq qısametrajlı bədii film kateqoriyasında “ən yaxşı film” mükafatına, “Anya” filmi isə beynəlxalq qısametrajlı sənədli film kateqoriyasında “Münsiflər heyətinin xüsusi mükafatı”na layiq görülüb. Qeyd edək ki, Amil Amalın “Titrəmə” filmi Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunub.

Qeyd edək ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Türkiyə Sinema Televizyon Eserleri Sahibleri Meslek Birliği”nin (SETEM) təşkilatçılığıı ilə keçirilən festivalın mükafatlandırma mərasimi dekabr ayının 6-da İstanbulda baş tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər