Rusiyada məktəbli qızın döyülmə anı kameralara düşüb.
Sosial şəbəkələrdə məktəbli qızın amansız döyülməsi görüntüsü sürətlə yayılıb. Qızlar öz rəfiqələrini təpikləyərək döyüblər və onu "fahişəlik" etdiyini etiraf etməyə məcbur ediblər.
Videoda görünür ki, zərərçəkmiş şəxsin üzü parçalanıb. Yerə yıxılan qıza təzyiq göstərən həmyaşıdları ona bir daha onların kampaniyasına yaxınlaşmaması barədə xəbərdarlıq ediblər.
Bəzi məlumatlara görə, məktəbli qızların 16 yaşı var. Sosial şəbəkə istifadəçilərini şoka salan kadrlarda oğlanların da qızı döydüyü açıq-aşkar görünür.