"Samsung” şirkəti "Galaxy Not 7” mobil telefon modelinin istehsalını dayandırıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı şirkətin yaydığı açıqlamada bildirilir ki, "Galaxy Not 7” modelində aşkarlanan texniki nasazlılara görə belə bir qərar qəbul edilib. Belə ki, telefionun qızması və partlaması Samsung-u belə bir qərar verməyə vadar edib.
Xatırladaq ki, eyni problemlərə görə, şirkət 2,5 milyon telefonu geri çağırıb.