13 Avqust 2014 17:41
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyada dövlət məmuru olmaq istəyən qadınlardan sağlamlıq müayinəsi daxilində bakirəlik testi etdirmələri də istənilir.

Dövlət qulluğu üçün müraciət edən 25 yaşından kiçik qadınlara bakirəlik testi edilməsi Braziliyada çoxlu müzakirələrə səbəb olub.


2012-ci ildən bəri tətbiq olunan bu “qanun” haqqında qadın hüquqları müdafiəçiləri sərt tənqidlər səsləndirib. Mövzuyla bağlı mediaya açıqlama verən qadın hüquqları müdafiəçisi Anna Paula bu “qanun”un qadın hüquqları və məhrəmiyyətinin pozduğunu bildirib. Qadınlardan belə testin istənilməsinin konstitusiyaya zidd olduğu deyilir.


Yerli qəzetlərin birində çıxan bakirəliklə bağlı bu xəbər bir anda ölkənin gündəmini dəyişib və məsul şəxslər haqqında istintaq başladılıb.

Ülkər


Müəllif:

Oxşar xəbərlər