20 Sentyabr 2014 19:45
1 542
12 Punto 14 Punto 16 Punto 18 Punto

Apple şirkəti dünyanın 10 ölkəsində yeni iPhone 6 və iPhone 6 Plus smartfonlarının rəsmi satışlarına start verib.

Teleqraf.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yeni qurğular Apple Store mağazalarında və ABŞ, Avstraliya, Kanada, Fransa, Almaniya, Honkonq, Yaponiya, Puerto-Riko, Sinqapur və Böyük Britaniyadakı səlahiyyətli pərakəndə satış mağazalarında satışa çıxarılacaq.

Bu 10 ölkədə alıcılar sentyabrın 12-dən yeni iPhone smartfonu sifariş etmək imkanına malik olublar. Apple-ın məlumatına görə, birinci gün yeni smartfonlar üçün 4 milyon sifariş edilib ki, bu da şirkət üçün rekord təşkil edir. ABŞ-da iPhone 6 smartfonu müqavilə ilə 199 dollar, müqaviləsiz 649 dollar, iPhone 6 Plusda isə müvafiq olaraq 299 və 749 dollar təşkil edir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər