"Brikk" şirkətinin hazırladığı bu lüks smartfondakı "Apple" logosu tamamilə brilyantlarla işlənib, bütün telefon isə 24 karatlıq qızılla əhatələnib. Qiyməti 8895 dollardır. Qızıl deyil, daha "sadə" görünüşlü platin iPhone 6 istəyirsinizsə, 8795 dollarınızdan keçməlisiniz.
İngilis şirkəti "Goldstriker" qızıl kənarlı 5S smartfonlarının arxasını təmiz dəri ilə işləyir. Fərqli dərilərdən ibarət olduqlarına görə qiymətləri də dəyişir, ümumilikdə təqribən qiymətləri 5900 dollardan başlayır. 24 karat qızılla işlənmiş iPhone 6-nın qiyməti 4700 dollar, ətrafı brilyantla bəzədilmiş "Rose Gold iPhone 5S Ambassador" modeli isə 6000 dollardır.
Qızıl, platin, brilyant kimi parıltılı işləməli smartfonları sevməyənlər "Atelier"in poladdan hazırlanan və üzəri timsah dərisindən ibarət olan keyslərini əldə edə bilərlər. Qiyməti 2500 dollar olan timsah dərili keyslərdən başqa çəhrayı sapfirlə işlənmişlər də var. Möhkəmliyinə görə birinci sayılan sapfirli iPhone-lar 2200 dollardır. Adi qara dərili iPhone 6 keysi isə 2100 dollara sizin ola bilər.
"Falcon Luxury" şirkəti telefona pul xərcləməkdən çəkinməyənlər üçün əvəzolunmaz fürsət yaradıb. 18 karat qızıl və arxasında böyük çəhrayı brilyant qaşlı "iPhone 6 Plus"ı əldə etmək üçün nə az, nə çox - düz 110 milyon dollar lazımdır. Eyni formada hazırlanmış, ancaq göy brilyant qaşlı "iPhone 6"nı almaq isə 48,5 milyon dollar başa gəlir.
"Givori" şirkəti daha çox qadınlar üçün nəzərdə tutulan modelləri ilə məşhurdur. Çəhrayı timsah dərili, 19 karat qızıl iPhone 5 İtaliyada hazırlanır. Müxtəlif rəngli və qiymətli daşlarla işlənmiş bu modeldən dünyada cəmi 50 dənədir. Qiyməti isə 12 min 350 dollardır.
Rüstəm