Yaponiyadakı “McDonalds” restoranındakı müştərilərdən biri kartof fri porsiyasının içindən insan dişi tapıb. Hadisə Osaka əyalətində baş verib.
Şəbəkənin nümayəndələri baş vermiş hadisəyə görə üzrxahlıq bildirsələr də, yeməyin içinə diş düşməsi versiyasını ağlabatan hesab etməyiblər.
Onlar söyləyiblər ki, bu günlərdə işçilərdən heç birinin dişinin düşməsi hadisəsi baş verməyib. Amma bu, sözügedən şəbəkə ilə bağlı baş vermiş ilk belə hal deyil.
Bundan öncə də Yaponiyanın Аоmori, Tokio şəhərlərində də analoji hal baş vermişdi. /musavat.com/