29 Yanvar 2015 17:27
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya alimləri Ayı təhqiq etməklə bağlı yeni plan hazırlayıblar.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, Lunar Mission One (LMO) adlı yeni missiya ayla bağlı "Appalon" missiyasından bəri ilk proqram olacaq. LMO missiyasının məqsədi Ayın cənub qütbünü tədqiq etmək və peykin səthinin planetoloji xüsusiyyətlərini öyrənməkdir. Eyni zamanda, alimlər ekspedisiya əsnasında peykdə gələcək kolonistlərin bir neçə il ərzində daimi yaşaması və onu tədqiq etməsi üçün şərait yaradılmasının mümkünlüyünü aydınlaşdırmağa çalışacaqlar.

Layihənin rəhbərləri Ayın səthini 100 metr dərinliyə qədər qazmağı, bundan başqa kosmosu və qədim qalaktikaları daha dəqiq öyrənmək məqsədi ilə burada rəsədxana quraşdırmağı da planlaşdırdıqlarını bildiriblər.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər