20 Mart 2015 21:59
1 255
12 Punto 14 Punto 16 Punto 18 Punto

40 yaşından sonra kişilərin çoxunun kabusuna çevrilən prostat xərçəngindən qorunmağın yolu məlum olub. Belə ki, son araşdırmalar qoz yağının prostat xərçəngi hüceyrələrinin inkişafına mane olduğunu ortaya çıxarıb. “Journal Of Medicinal Food” jurnalında nəşr olunan araşdırma nəticələri həkimləri həyəcanlandırıb.


Prostat xərçənginə yaxalanan hər 12 nəfərdən biri həyatını itirir. Qoz yağı isə xərçənglə bağlı ölüm riskini aşağı salır.


Gündəlik qida menyusuna qoz yağını daxil edən xəstələrdə xolestrol səviyyəsinin aşağı düşdüyü, prostat xərçənginin inkişafının yavaşladığı, həmçinin döş xərçənginin inkişafına səbəb olan “IGF-1” hormonunun azlaması müşahidə edilib.


Alimlər digər bitki mənşəli yağlar üzərində tədqiqatlar aparıblar. Ancaq eyni nəticələr əldə edilməyib. Məlum olub ki, bu faydalı xüsusiyyətlər təkcə qoz yağına məxsusdur.

Odur ki, gündə bir ovuc qoz ləpəsi yemək və salatlara qoz yağı əlavə etmək məsləhət görülür.


Müəllif:

Oxşar xəbərlər