Amerikalı diş həkimi 55 min dollar ödəyərək Afrikanın simvolu sayılan Cecil adlı aslanı oxla vurub. Zimbabve meşələrində tez-tez ov edən Valter J. Palmerin bu əməli öz ölkəsində kəskin etirazlar doğurub.
13 yaşlı aslanı öldürən şəxsin həbsi tələb olunur.
ABŞ-ın Minnesota əyalətinin Minneapolis şəhərində yaşayan diş həkimi ov üçün Zimbabve rəsmilərinə rüşvət verib. Aslanı ətlə tovladaraq milli parkdan çıxarıblar. Valter J. Palmer heyvanı oxla vurandan sonra başını kəsib, dərisini boynundan çıxarıb.
Valter J. Palmer etirazlardan sonra peşman olduğunu bildirsə də, ona qarşı narazılıqlar, aksiyalar səngiməyib. Heyvansevərlər hər gün həkimin evi önünə gələrək etirazlarını müxtəlif formalarda ifadə edirlər.
Ayxan