15 Avqust 2015 20:35
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada ər yeməyini geç gətirən həyat yoldaşından boşanıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Lagos əyalətində baş verib. 57 yaşlı ər yeməyini vaxtında gətirməyən xanımından boşanmaq üçün şikayət edib. Məhkəmə isə əri haqlı sayıb.

O, məhkəmədə “arvadım qadınlıq vəzifəsinə laqeyd yanaşıb” deyərək boşanma müraciəti elan edib: “Bir neçə dəfə xəbərdarlıq etdim. Məni aç buraxacaq qadınla evli qalmağımda bir məna görmürəm”.

25 il evli olan ərin boşanmaq üçün təqdim etdiyi səbəbi rədd edən arvad günahlandırmaları əsassız sayaraq, həyat yoldaşının əslində başqa bir qadınla evlənmək istədiyini söyləyib. Məhkəmə sədri Olu Abediyi isə cütlər arasında orta yolu tapma səyi nəticə verməyincə, çarəni cütlüyü boşamaqda tapıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər