7 Sentyabr 2015 17:21
2 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sevgilsini öldürərək, onun cəsədi ilə çəkdiyi selfini sosial şəbəkədə paylaşan oğlan cinayətinin üstünü açıb.

Teleqraf.com xəbər verir ki, hadisə Çinin Quansi-Çjuan bölgəsində baş verib. Sosial mediada paylaşılan şəkildən şübhələnən polis axtarışa başlayıb. Qeyd edək ki, fotoda oğlanın yanında ölmüş qızın görüntüləri əks olunub.

Axtarışlar zamanı gənc oğlan saxlanılıb. Məlum olub ki, oğlan sevgilisi ilə mübahisə edib. Əsəbinə hakim ola bilməyən şəxs qızı boğaraq, öldürüb.

Polisdən verilən məlumata görə, cinayətkar artıq həbs olunub. Onun gələn həftə məhkəmə qarşısına çıxarılacağı gözlənilir.

Samir


Müəllif:

Oxşar xəbərlər