23 Oktyabr 2015 14:23
1 442
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sverdlovsk vilayətində sevgilisinin ərini öldürən kişi haqqında cinayət işi açılıb.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, qadın sevgilisini qətli törətməyə razı salıb.

“Mariyanın tikinitidə işləyən 39 yaşlı əri Vladislav evə mütamadi olaraq sərxoş gəlirmiş. Nəticədə qadın özünə sevgili tapmaq qərarına gəlib”, - "Komsomolskaya pravda" qəzeti yazıb.

Polisin məlumatına görə, Mariya Vinokurun sevgilisi Yevgeni Yekaterinburqda yaşayıb. O, tez-tez Mariyanın yanına gedib.

Qonşular bu barədə Mariyanın ərinə xəbər verib. O, isə Mariyanı döyərək cəzalandırıb.

Ərindən qısas almaq istəyən Mariya uzun müddət sevgilisini onu öldürməyə razı salmaq üçün çalışıb.

Sonda Yevgeni razılığa gəlib. O, 35 yaşlı dostu ilə birlikdə bədbəxt hadisə görüntüsü yaratmağa çalışıb. Onlar Mariyanın verdiyi açar ilə mənzilə daxil olub və Vladislava elektroşok silahı ilə işgəncə veriblər. Sonra Vladislavın venasına iynə ilə hava vuraraq, onu öldürməyə çalışıblar. Plan işə yaramayıb. Sonda dostlar Vladislavı bıçaqlayaraq öldürüblər.

Cəsəddən xilas olmaq mümkün olmayıb. Onlar cəsədi pəncərədən küçəyə atmaq istəsələr də, buna müyəssər olmayıblar. Cinayətin üstü isti izlərlə açılıb.

İstintaq zamanı məlum olub ki, Mariya narkotikdən istifadə etdiyinə görə QİÇS-ə yoluxub. Qadın məhkəməyə qədər yaşamayıb. Dünyasını dəyişən qadının sevgilisi Yevgenini də xəstəliyə yoluxdurduğu aşkar olub.

Hazirda cinayətlə bağlı məhkəmə istintaqı davam edir. Yevgeni və dostunun hər birinin 15 il azadlıqdan məhrum olunacağı gözlənilir.

Ramal


Müəllif: