“Titanik” sərnişin gəmisinin toqquşduğu ehtimal olunan aysberqin fotosu Britaniyanın Uiltşer şəhərində auksionda 21 min funta (təxminən 35 min dollara) satılıb.
Musavat.com-un məlumatına görə, bu barədə Sky News-un yaydığı xəbərdə deyilir ki, fotoqrafiya 15 aprel 1912-ci ildə, gəmi gecəyarısı aysberqlə toqquşduqdan bir neçə saat sonraya təsadüf edir.
Məlumata görə, fotonu yaxınlıqdan keçən “Şahzadə Adalbert” gəmisinin baş stüardı çəkib. İddiaya əsasən, aysberqin bir tərəfində - “Titanik”lə qottuşan yerdə hətta qırmızı ləkə görünüb.
2012-ci ildə ABŞ-da hərrac zamanı toqquşmaya iki gün qalmış aysberqin başqa bir fotosu satılmışdı.
“Titanik” aysberqlə toqquşduqdan sonra iki saat ərzində batmışdı. Qəza zamanı 1500 insan həyatını itirib.