Avropa İttifaqına üzv ölkələrin nümayəndələri kibertəhlükəsizlik üzrə yeni qanunun qəbuluna dair razılığa gəliblər.
Qanun layihəsinə əsasən, nəhəng internet şirkətlərinin üzərinə onların sistemlərinə edilmiş haker hücumları haqda məlumat vermək öhdəçiliyi qoyulur. Buna əməl etməyən şirkətlər cərimə ödəyəcək. Qayda sosial şəbəkələrə şamil olunmur.
Avropa İttifaqının rəsmisi bildirib ki, energetika sahəsində infrastruktur yaradan və xidmət göstərən şirkətlərdə, nəqliyyat, səhiyyə və bank sektorunda kibertəhlükəsizlik tədbirləri gücləndirilməlidir.