22 Fevral 2016 21:35
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tez-tez yuxu görüb onları yaxşı yadda saxlayan insanlar yuxularını yadda saxlamayanlara nisbətən özlərini daha yaxşı hiss edirlər. Kaliforniya Universitetinin (ABŞ) alimləri yuxugörmələr haqqında bilikləri ümumiləşdirməyə və bu məsələni tədqiq etməyə çalışıblar. AZƏRTAC “medvesti.com” saytına istinadla xəbər verir ki, tədqiqat prosesində əldə olunan nəticələr “Headinsider” nəşrində dərc edilib.

Eksperimentdə 35 könüllü iştirak edib. Onlar yatmış vəziyyətdə olan könüllülərin baş beyninin fəallığını öyrəniblər. Əvvəlcə yeni heç nə aşkar olunmayıb. Bütün könüllərin yuxusu dəqiq surətdə dərin və sürətli fazalara ayrılıb. Alimlər adətən insanın yuxu gördüyü sürətli fazaya xüsusi diqqət yetiriblər.

Məlum olub ki, bu qeyri-adi vəziyyət sinir sisteminin normal fəaliyyəti üçün həyati əhəmiyyət kəsb edir. Yuxugörmə zamanı beyin məlumatları çeşidləyir, lazımsız və xoşagəlməz xatirələri silərək sakitləşir. Yuxu çox vaxt emosional problemlərin həllinə kömək edir.


Müəllif:

Oxşar xəbərlər