24 Fevral 2016 15:41
1 429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kayseridə məktəbli qız müəllimi Bayram Ö.-nün təcavüzünə məruz qaldıqdan sonra intihar edib. 17 yaşlı Canselin ölümü ilə bağlı bir sıra yeni detallar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, gənc qız əvvəlcə başına gələnləri sinif yoldaşlarına danışıb. Daha sonra olanlar məktəb rəhbərliyinə bildirilib.

Rəhbərlik Canseli otağa çağırıb və "Ailənə biz xəbər verək, yoxsa özün demək istəyirsən? Bu, məktəbdən kənarda baş verən hadisədir. Valideynlərini məktəbə dəvət edəcəyik" deyib.

Qızın əhvalı pisləşib və təcili yardım çağırılıb. Növbəti gün yenidən Canselə "Ailənə xəbər ver, əks halda biz deməli olacağıq" deyilib.

Sabahı gün dərsdən sonra evə gedən Cansel hamam otağında atasının tapançası ilə intihar edib.

İlkin məlumatlara görə, Bayram Ö. Canselə Talas qəsəbəsindəki boş ərazidə avtomobildə təcavüz edib.

Məktəb rəhbərliyi barəsində hadisəni gizlətməyə çalışdığı üçün cinayət işi açılıb.

Mərhumun atası Mustafa K. "Hadisələri sonuna kimi izləyəcəyik. Cinayətkarı bağışlamaqdan söhbət belə gedə bilməz " deyib.

Qəribəsi odur ki, evli və iki uşaq atası olan Bayram BMT-nin təşkilatçılığı ilə" cinsi şiddət, cinsi təcavüz və uşaq gəlinlər" mövzusundakı seminarında sertifikat alıb.

Ramal


Müəllif:

Oxşar xəbərlər