Məşhur IKEA brendinin təsisçisi İnqvar Kamprad qənaət məqsədilə geyimlərini yalnız ucuz bazarlardan aldığını bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Trend "Guardian" məlumat yayıb.
89 yaşlı isveçli İnqvar Kamprad ucuz yarmarkalara həvəsi olduğunu haqqında çəkilmiş sənədli filmdə deyib:
"Bununla mən yaxşı nümunə göstərmək istəyirəm".
Milyarder bildirib ki, İsveçin Smoland bölgəsindən olan insanlar qənaətcil olmaları ilə seçilirlər.
İsveçli milyarder qeyri-adi vərdişləri ilə də seçilir. Məsələn, İnqvar Kamprad etiraf edir ki, daha ucuz başa gəldiyi üçün bərbərə zəif inkişaf etmiş ölkələrə səfəri zamanı gedir.
Rüstəm