26 Aprel 2017 13:26
1 155
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Azərbaycan üçün önəm kəsb edən ölkələrdəndir. Bütün dünya bu ölkədəki seçkiyə həssaslıqla yanaşır. Çünki 500 milyonluq Avropa Birliyinin iki favoritindən biri Fransadır. Bu baxımdan Yelisey sarayının növbəti sahibinin kim olacağı mühüm hadisədir.

Teleqraf.com xəbər verir ki, bunu VİP sədri Əli Əliyev Fransada keçirilən seçkini şərh edərkən deyib.

Partiya sədri qeyd edib ki, II tura keçən ultramillətçi Le Penin prezident olacağı az inandırıcıdır:

"Çünki mübarizədən kənarlaşan digər namizədlər artıq Makrona dəstək verəcəklərini bəyan ediblər. Bir də avrobədbinlərə aid olan, Rusiya ilə münasibətlərə üstünlük verən, fransızların maraqlarını önə çəkən millətçi Le Penin xarizmasının dünya idarəçiliyinə mane ola biləcəyi aydın görünür.

Əslində, bu seçkilərin favoriti ola biləcək, xırda korrupsiya qalmaqalı ilə uduzdurulan sağ mərkəzin aparıcı təmsilçisi Fiyon da təxminən baxışlarına görə xanım millətçidən geri qalmırdı. Lakin ötən seçkilərdə olduğu kimi, bu dəfə də sağ mərkəzçilərin namizədi Fiyon ədalətsizliyə məruz qaldı. Ötən dəfə seçkilərdə əsas fiqur sayılan sağ mərkəzçi, BVF-nun sabiq rəhbəri Dominik Stross Kan Nyu York otelində xidmətçi qadının böhtanı nəticəsində prosesdən uzaq düşmüşdü.

Belə nəticə çıxarmaq olur ki, Fransa kimi nəhəng dövlətin də sərbəst prezident seçmək imkanı mövcud deyil. Bizə göstərilən tamaşa klassik demokratiya anlayışından tamamilə uzaq bir məzhəkədir. Fransanın başına görün, kim gəlir. Heç bir siyasi təşkilatı olmayan, parlamentdə nümayəndədən məhrum edilmiş, özündən 24 yaş böyük olan müəlliməsi ilə həyat qurmuş amorf bir şəxs".

Əli Əliyevin fikrincə, sonuncu məqam xüsusilə diqqət çəkir:

"Prezidentin tövrünü ilk növbədə onun şəxsiyyəti müəyyən edir. Şəxsiyyət isə psixika və baxışlar sistemi ilə tənzimlənir. Psixiatriya və psixoanalizdən azacıq məlumatlı biri kimi deyirəm ki, insanların şəxsi keyfiyyətlərinin bilinməsi, seçim zamanı bunların nəzərə alınması müstəsna dərəcədə vacibdir. 39 yaşlı şəxsin 63 yaşlı qadınla ailə qurmasında pis bir iş zahirən görünməsə də, bunun normal əlaqə olmasını da iddia etmək yanlışdır. Tibbdə yaşlılara meyllilik heranto, kiçiklərə meyllilik isə pedofiliya adlanır. Bu cütlükdə nəyin üstün olmasını bildirmək çətin də olsa, anomaliyanın ortada olduğu əyanidir. Fransa kimi nəhəng iqtisadi, diplomatik, hərbi, nüvə imperiyasının başına belə bir şəxsin oturdulması dünyanın mənəvi böhranından xəbər verir”.

Cavad


Müəllif:

Oxşar xəbərlər