3 May 2017 16:30
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən yaxın dövr üçün dünyada nüvə müharibəsi gözləmirəm. Əlbəttə, nə qədər ki, bu silah mövcuddur, nüvə müharibəsini tam olaraq istisna etmək olmaz. Amma düşünürəm ki, insanlar qərar vermək iqtidarındadırsa, bilirlər ki, nüvə müharibəsi dünyanın sonu deməkdir. Odur ki, nüvə silahına malik ölkələr belə bir müharibəyə getmək qərarından daim çəkinəcəklər.

Bunu Teleqraqf.com-a sabiq dövlət müşaviri, deputat Rasim Musabəyov yaxın dövr üçün dünyada nüvə müharibəsinin baş verəcəyi haqda ehtimallarını şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Şimali Koreya kimi rejimlərin əlində nüvə silahı olsa da, bu silahı uzaq mənzilə daşıyacaq raketləri yoxdur: “Nüvə sınağı həyata keçirməklə, nüvə başlığına malik silahlara sahib olmaq fərqli şeylərdir. Əlbəttə, sən 3 ton çəkisi olan hansısa qurğunu partlada bilərsən. Amma bu silahı raketə yerləşdirmək lazımdır, bunun üçünsə yüksək texnologiya tələb olunur. Bunlar isə Pxenyanda yoxdur. Bu mənada Pxenyanın nüvə başlığı ilə haranısa vura biləcəyini şişirdirlər. Şimali Koreya nüvə silahı olan qurğunu gəmiyə yerləşdirərək, Koreya sahilinə yaxınlaşdırıb haranısa partlada bilər. Amma mən bildiyim qədər Şimali Koreya həm də peyklər vasitəsilə daim nəzarətdədir”.

Musabəyov daha sonra qeyd edib ki, III Dünya Müharibəsi haqda deyilənlər də əsassızdır: “Kim kiminlə dünya müharibəsi aparacaq? Suriya üzərində hansı dövlət dünya müharibəsinə başlaya bilər? Suriya nə matahdır ki, ona görə dünya müharibəsinə başlasın. Mən bu ehtimalları da ciddi qiymətləndirmirəm”.

Cavad


Müəllif:

Oxşar xəbərlər