5 May 2017 14:51
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginliyindən və Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə edilən hücumdan danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə edilən hücumun “çox səhv bir addım” olduğunu deyib:

“Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyinə hücum axmaqlıq yox, xəyanət idi. Səfirliyə hücum edilən gün bizim Ali Milli Təhlükəsizlik Şurasında iclasımız var idi. İclasda yekdilliklə belə bir qənaətə gəlmişdik ki, əgər Səudiyyə Ərəbistanının ölkəmizdəki səfirliyinə hücum edilsə, Ər-Riyadın İrana qarşı yeni bir şər addım atması üçün əlinə bəhanə düşəcək. Təəssüflər olsun ki, belə də oldu, hadislərin gedişatı və onun düzgün məcraya yönləndirilməsi əvvəlcədən yaxşı idarə olunmadı. Elə buna görə də hesab edirəm ki, bu kimi hallarda vəziyyəti dəyərləndirib, düzgün addım atmaq mühüm məsələdir.

Sizi əmin edirəm ki, əgər bu axmaq addım atılmasaydı və ya şəxsi fikrimə görə bu tarixi xəyanət baş verməsəydi, indi ölkələrimiz arasındakı vəziyyət və şərait tam başqa cür olardı”.

Xatırladaq ki, 2016-cı il yanvarın 2-də Səudiyyə Ərəbistanı hökuməti bu ölkədə terrorçu fəaliyyətlərdə günahlandırdığı İrana bağlı radikal şiə lideri şeyx Nimr Baqir əl-Nimri edam edib. Buna cavab olaraq, həmin gün Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki baş konsulluğuna hücum edilib. “Sepah”, “Bəsic” və “Ənsari Hizbullah”ın iki yüzə yaxın üzvü bu ölkənin Tehrandakı səfirliyinin binasına od vuraraq içindəki əşyaları talayıblar. Yanvarın 3-də isə Səudiyyə Ərəbistanı baş vermiş olaya etiraz olaraq İranla bütün diplomatik əlaqələrini kəsib.

Samir


Müəllif:

Oxşar xəbərlər