Teleqraf.com xəbər verir ki, bu fikirləri Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli Rusiyanın digər ölkələrdəki rus icmaları ilə bağlı siyasətini şərh edərkən deyib.
Onun sözlərinə görə, 17-ci yüzilliyin əvvəlindən başlayaraq rusları “starover (molokan)” olduqlarına görə Rusiyada təqib edib öldürür, yaxud qovur, evlərini yandırırdılar:
“Təqiblərdən canını qurtarmaq üçün onlar buralara gəlməyə başladılar. Burada məskunlaşdılar, dinc yaşadılar və yaşamağa davam edirlər. Rusiya onları qovub, biz onları qorumuşuq. Rus Ortodoks Kilsəsinin sözügedən rusları (molokanları) nə zaman rəsmən bağışladığını bilirsinizmi? Sovet dönəmində, 70-ci illərdə. Rus Ortodoks Kilsəsinə bu rusları bağışlamaq üçün 300 ildən çox zaman lazım oldu. Nə var, nə var, onlar xaçı üç barmaqla deyil, iki barmaqla çevirirlər, donuz əti yemirlər, kilsənin başına soldan-sağa deyil, sağdan-sola dolanırlar və s. Ölkəmizdəki ruslar bizim ruslardır. Rusiyanın onları himayə etməyə heç bir mənəvi haqqı yoxdur. Hekayəni bu yanaşmaya uyğun qurmalıyıq və Rusiyaya bunu açıq söyləməliyik”.
Kəmalə