Teleqraf.com Azərtac-a istinadla xəbər verir ki, görüşün sonunda əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsinə dair memorandum imzalanacaq.
Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə arasında hərbi əməkdaşlığın genişləndirilməsi, o cümlədən kadr hazırlığı, birgə hərbi təlimlərin təşkili məsələləri müzakirə olunacaq, müasir dövrdə silahlanma, regionda və dünyada təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq.
Görüşün sonunda hərbi əməkdaşlığın daha da genişləndirilməsinə dair birgə memorandum imzalanacaq. Bu sənəd həm ikitərəfli, həm də üçtərəfli əməkdaşlığın genişlənməsində və möhkəmlənməsində mühüm rol oynayacaq.