Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, forum çərçivəsində Çin Prezidenti Si Szinpin tərəfindən qonaq dövlət başçıları və həyat yoldaşlarının şərəfinə ziyafət verilib. Şam yeməyindən sonra prezidentlər və xanımları ailə fotosu çəkdirmək üçün bir araya gəlib.
Hazırda subay olan Rusiya Prezidenti Vladimir Putinin tək poza verməsi medianın diqqətini çəkib. Məlumatlara görə, şəkil çəkilən vaxt Putin çox gərgin olub.
2014-cü ildə həyat yoldaşı Lüdmiladan boşanan Putin indiyədək mediaya ailə vəziyyəti barədə danışmayıb. Lakin ötən ilin fevralında ayrı-ayrı xarici KİV-lərdə Putinin bədii gimnastika üzrə Rusiyanın əməkdar idman ustası Alina Kabayeva ilə gizli nikah bağladığı və cütlüyün övladının dünyaya gəldiyi barədə yazılıb. Bu səbəbdən Çindəki zirvə toplantısına Kabayevanın gələcəyi ehtimalı olub. Lakin Putin foruma təkbaşına qatılıb.
Kəmalə