16 May 2017 12:52
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyası Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi qərarı anlaşılan deyil.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Ə.Hüseynlinin sözlərinə görə, son illər Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq yüksək səviyyədə olub:

“Rusiya tərəfi bilməlidir ki, Ali Məhkəmənin qəbul etdiyi bu qərar Rusiya-Azərbaycan münasibətlərinə ciddi ziyan vurur. Ümid edirik ki, növbəti mərhələdə bu qərara düzəliş olacaq”.

Cavad


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər