Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Trampın İŞİD-ə qarşı mübarizə koalisiyasında olan xüsusi nümayəndəsi Brett Makqerkin rəhbərlik etdiyi amerikalı heyət Kobanidə PKK-nın Suriya qolu olan YPG rəhbərliyi ilə görüşüb.
Xüsusi nümayəndə Mosul və Ərbil şəhərlərini ziyarət etdikdən sonra Suriyanın Kobani şəhərinə gəlib. Kobanidə YPG rəhbərliyi ilə geniş bir görüş keçirilib. Kürd internet resurslarında yayılan xəbərlərdən və fotolardan bəlli olub ki, Amerika prezidentinin xüsusi nümayəndəsinin Kobanidə görüşdüyü şəxslərdən biri qatı terrorçudur.
Söhbət Türkiyənin başına 4 milyon mükafat qoyduğu və İnterpol xətti ilə axtarışa verilən PKK-nın "Şahin Cilo" kod adlı nümayəndəsi Abdi Fərhad Şahindən gedir.
Cavad