18 May 2017 09:57
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrlandiya Baş naziri Enda Kenni istefa verəcəyini açıqlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, o, partiya daxilindəki müxalif qrupların təzyiqlərinə davam gətirə bilmədiyi üçün bu qərara gəldiyini bildirib.

Məlumata görə, yeni baş nazir seçilənə qədər Kenni bu vəzifənin icrasını davam etdirəcək. Kenni yeni baş nazirin kim olacağına iyunun 2-də aydınlıq gələcəyini deyib.

Qeyd edək ki, 66 yaşlı Kenni 2011-ci ildə bu vəzifənin icrasına başlayıb.

Samir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər