18 May 2017 12:27
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Türkiyəyə qarşı "istədiyimizi edəcəyik" fikrindən vaz keçməlidir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri NTV telekanalına açıqlama verən Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Almaniyanın İncirlik hərbi bazasını tərk etməməsi üçün Türkiyə heç nə etməyəcək:

"Almaniya xarici işlər naziri mənə bir, mediaya başqa söz deyir. Siz bizim nazirlərimizə əngəl törətdiniz, bizim etdiyimizə isə şantaj adı verirsiz. Artıq Türkiyə ilə istədiyiniz kimi davrana bilmərsiz. Sizin standartlarınıza boyun əyməcəyik. Türkiyəyə müdür kimi deyil, dost kimi davranmalısız. Diplomatiyanın belə bir qanunu var ki, nə etsəz, qarşılıq görəcəksiz. Almaniya İncirlik hərbi bazasını tərk etmək istəyir. Qalması üçün yalvarmayacağıq. Gəlmək istədilər, kömək etdik. Getsək istəsələr, “yaxşı yol” deyərik".

Qeyd edək ki, Türkiyə alman nazirlərin İncirlik hərbi bazasına girişinə icazə verməyib.

Samir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər