Teleqraf.com xəbər verir ki, bu gün Moskvanın Lübinski rayon məhkəməsində Ə.Usmanovun A.Navalnıya qarşı şərəf və ləyaqətin təhqir olunması ittihamı üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Biznesmen blogerin təkzib verməsini tələb edir.
Qeyd edək ki, A.Navalnı Ə.Usmanovun rəhbərlik etdiyi Dövlət Sosial Layihə Fondunun Znamenski qəsəbəsində 5 milyard rubl dəyərində yaşayış sahəsi və evi rüşvət olaraq aldığını iddia edir. Navalnının iddiasına görə, daha sonra bu daşınmaz əmlak Baş nazir Dmitri Medvedyevin istifadəsinə keçib. Ə.Usmanov bu razılaşmanın kommersiya xarakteri daşıdığını vurğulayıb.
Ə.Usmanov A.Navalnıdan maddi təzminat tələb etməyib.
Videoyazı smartfonun kamerası vasitəsilə lentə alınıb.