20 May 2017 15:15
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media məsələləri komitəsinin iclasında iştirak etmək üçün mayın 21-dən 25-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, toplantıda milli adət və ənənələrin qorunması, mədəni irsin məhv edilməsi və qeyri-qanuni dövriyyəsi ilə mübarizə, beynəlxalq idman tədbirlərinin əhəmiyyəti, azsaylı xalqların ana dillərinin qorunması və bir sıra digər aktual məsələlər barədə fikir mübadiləsi aparılacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər