Teleqraf.com xəbər verir ki, bu haqda cəmiyyətin sədri Zəlimxan Məmmədli bildirib. O, qeyd edib ki, ictimaiyyətə açıq hesabat verməyə hazırlaşırlar: “Cəmiyyətin üzvləri, media nümayəndələrini bu tarixi konfransa dəvət edirik. Konfrans mayın 26-da saat 16:00-da Bəşir Səfəroğlu küçəsi, 122 ünvanda yerləşən Xəzər Universitetinin mərkəzi korpusunda keçiriləcək”.
Qeyd edək ki, bir müddət əvvəl bir qrup əslən Borçalıdan olan şəxslər alternativ “Borçalı Cəmiyyəti” yaradıbvə onlar cəmiyyətin hüququ təmsilçisi olduqlarını elan ediblər.
Bu arada Türkiyədə yaşayan və Ankara Universitetində dərs deyən professor Nəsib Nəsibli Zəlimxan Məmmədliyə dəstək mesajı göndərib.
Professor özünün Feysbuk hesabında yazıb ki, onda olan məlumata görə, sabah Borçalı Cəmiyyətinin illik konfransı olacaq: “Keçən hesabat dövründə cəmiyyətin işində iştirak edə bilməsəm də, onun fəaliyyətindən xəbərim var. Borçalıda varlığımızı qorumaq yönündə son illərdəki ürəkaçan işlər, sədrin və İdarə Heyətinin fədakarlığı sayəsində mümkün olub. Bu fədakarlığa görə onlara təşəkkür borcluyuq. Gələn hesabat ilində daha artıq əzm və eşqlə Borçalının qısılmayan səsi olmağınızı arzu edirəm. Yığıncaq iştirakçılarına salam olsun”.