28 May 2017 23:25
1 196
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Oğlumla gəlinimiz Moskvadadır, qızımız Vaşinqtonda, biz Budapeştdə. Müstəqil dövlətimiz olmasaydı, yəqin ki, hamımız yad bir ölkənin təbəələri kimi Allah bilir, hansısa əyalətdə yaşayacaqdıq..."

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, sabiq xarici işlər naziri Vilayət Quliyev Azərbaycanın 99 il öncə müstəqillik qazanması münasibətilə sosial şəbəkədə fikirlərini bölüşərkən yazıb.

Daha sonra diplomat qeyd edib: " Əski Orxon-Yenisey yazılarında deyildiyi kimi, mavi göy deşilməyincə, yer yarılmayınca, müstəqil dövlətçiliyin əbədi olsun, Azərbaycan!!!"

Kəmalə


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər