31 May 2017 11:46
1 001
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Xuan Manuel Santos Kalderon ilə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Kolumbiya Prezidentinə çatdırıb. Xuan Manuel Santos onun salamları və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Kolumbiya Prezidenti Azərbaycanın regionun ən güclü ölkəsi olduğunu qeyd edib və ölkəmizdə son illərdə əldə olunmuş iqtisadi-siyasi nailiyyətlərə sevindiyini bildirib. Həmçinin, o ilk fürsətdə məmnuniyyətlə Azərbaycana səfər edəcəyini qeyd edib.

Görüş əsnasında Azərbaycan və Kolumbiya arasında mövcud yüksək səviyyəli dost əlaqələrinin inkişafından məmnunluq ifadə edilib və əlaqələrin daha da inkiaşf etdirilməsi üçün böyük potensialın olduğu vurğulanıb. İki ölkə arasında siyasi, iqtisadi, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb və bu xüsusda ticarət əlaqələrinin möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verib.

Görüşdə digər məsələlər də müzakirə olunub.


Müəllif: Səxavət

Oxşar xəbərlər