Report xəbər verir ki, 17 nəfərin daxil olduğu namizədlər arasında qadın yoxdur.
Məlumata görə, nazir postuna ən gənc namizədin 36 yaşı var. Məhəmmədcavad Azəri-Cehrumi informasiya və elmi-texnologiya naziri vəzifəsinə namizdə göstərilib. Ən yaşlı namizəd isə 65 yaşlı hazırkı neft naziri Bijen Namdar-Zəngənədir.
Xarici işlər naziri Məhəmmədcavad Zərif (58 yaşında) də öz vəzifəsini qoruyub.
Nazir postuna başqa namizədlər bunlardır: Təhsil naziri Məhəmməd Becai (54 yaşında), informasiya və kəşfiyyat naziri (ETTELAAT) Mahmud Ələvi (63), iqtisadiyyat naziri Məsud Kərbasian (61), səhiyyə naziri Həsən Qazızadə-Haşimi (58), əmək və sosial işlər naziri Əli Rəbii (62), kənd təsərrüfatı naziri Mahmud Hüccəti (62), ədliyyə naziri Əlirza Avai, müdafiə naziri Əmir Hatəmi (51), yol və şəhərsalma naziri Abbas Axundi (60), sənaye, mədən və ticarət naziri Məhəmməd Şəriətmədari (57), mədəniyyət və irşad naziri Abbas Salehi (54), daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli (58), energetika naziri Həbibullah Bitrərəf (61), gənclik və idman naziri Məsud Sultanifər (58).
İran parlamentinin reqlamentinə əsasən, bir həftədən sonra adlarını qeyd etdiyimiz hər bir namizədə ayrıca səs veriləcək.
Xatırladaq ki, bu il fevralın 26-da İranda parlament seçkiləri keçirilib. Parlamentin 290 üzvü var.