26 Avqust 2017 17:34
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın tolerantlıq ənənələri beynəlxalq müstəvidə mühüm yer tutur”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov deyib.

Yevda Abramovun sözlərinə görə, Azərbaycanın dünyaya örnək ola biləcək unikal tolerantlıq modeli xalqımızın dərin mədəniyyətə əsaslanan milli xüsusiyyətlərini göstərir. Azərbaycan dövlətinin bu sahədəki fəaliyyətində tolerantlıq və qarşılıqlı hörməti təşviq edən siyasət dayanır.

“Azərbaycanın tolerantlıq modeli bütün dünyada daha geniş təbliğ olunmalıdır. Çünki bu, digər dövlətlər üçün nümunədir”, – deyə Y.Abramov vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər