26 Avqust 2017 22:50
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqaz çox mürəkkəb regionlardan biridir. Azərbaycan dövlətinin regionda siyasəti isə sülh, sabitlik və təhlükəsizlik olmasından ibarətdir:

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin deputatı Flora Qasımova deyib.

“Azərbaycanın xarici siyasətində əsas prinsip dövlətlərlə, o cümlədən qonşularla sıx dostluq münasibətlərini, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birlik tərəfindən ədalətli mövqe görə bilmirik. Torpaqlarımızın 20 faizi işğal altındadır. Beynəlxalq təşkilatlar bu barədə sənədlər qəbul etsələr də, işğalçı Ermənistana qarşı heç bir addım atılmır. Bu da işğalçını qeyri-konstruktiv mövqeyini davam etdirməyə sövq edir”, - deputat bildirib.


Müəllif: Səxavət

Oxşar xəbərlər