6 Sentyabr 2017 13:43
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Gürcüstandakı münaqişələrlə bağlı beynəlxalq səylər gücləndirilməlidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri Mixail Canelidze azərbaycanlı və türkiyəli həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Gürcüstan münaqişələrin sülh yolu və ərazi bütövlüyü prinsipi çərçivəsində həllinə tərəfdardır.

Nazir bildirib ki, Gürcüstan, Azərbaycan və Türkiyə nümunəvi siyasi, ticari, iqtisadi, insanlararası münasibətlərə nail olub:

“Bu, həm də xalqlar arasında öz əksini tapır. Üç ölkənin birgə layihələri təkcə Gürcüstan, Azərbaycan və Türkiyənin marağını əks etdirmir, eyni zamanda nəqliyyat və enerji sahəsində böyük layihələrin iştirakçısıyıq. Bu layihələr isə regionun sabitliyinə və inkişafına təkan verir. Biz Bakı-Tiflis-Qars dəmiryolunun açılmasını səbirsizliklə gözləyirik”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər