7 Sentyabr 2017 16:31
1 189
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın xarici işlər nazirinin müavini Şavarş Koçaryan Rusiya Prezidenti Vladimir Putinin ABŞ-ın Ukraynaya silah satmasını tənqid etməsi ilə bağlı fikirlərinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Köçəryan bununla bağlı Ermənistanın “1in.am” saytına açıqlama verib.

O bildirib ki, həqiqətən də, ABŞ-ın Ukraynaya silah satması bölgədəki vəziyyəti daha da gərginləşdirir:

“Putin haqlıdır. Bəs Rusiyanın Azərbaycan və Ermənistana silah satması Qarabağ münaqişəsinə təsir etmir? Əlbəttə, edir. Bəs niyə Rusiya regiona silah satır? Fikrimcə, Rusiya anlayır ki, əgər o, Azərbaycana silah satmasa, Bakı silah bazarıdna başqa tərəfdaş tapacaq. Bu söylədiklərim Ermənistanın deyil, şəxsi fikirlərimdir”.

Sayt Köçəryanın öz çıxışını “şəxsi fikri” adlandırmasını sərt tənqid edib:

“Nəyə görə Köçəryan bunu rəsmi İrəvanın münasibəti kimi təqdim etmədi? İrəvan qorxur ki, verilən açıqlama Moskvanın xoşuna gəlməz. Həmçinin, Azərbaycanın müasir silahlar əldə etməsi və ötən ilin Aprel döyüşlərində göstərdiyi cəsarət Ermənistan tərəfinin narahatlığına səbəb olub”.


Müəllif: Samir

Oxşar xəbərlər