15 Sentyabr 2017 18:18
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Türkiyə səfərindən qayıdıb.

ALDP Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, F.Əliyev Türkiyə Liberal Demokrat Partiyası (TLDP) sədri, QHT rəhbərləri və ölkənin bir sıra siyasətçiləri ilə görüşüb.

TLDP başqanı Gültəkin Tırpancı ilə görüşən ALDP sədri Fuad Əliyev Azərbaycan-Türkiyə münasibətləri, Dağlıg Qarabağ münaqişəsi, partiyaların ikitərəfli münasibətləri, əməkdaşlıq məsələsini müzakirə edib.

Gültəkin Tırpancı bildirib ki, Azərbaycanın xalqının Qarabağ problemi həm də Türkiyənin problemidir.

Fuad Əliyev öz növbəsində TLDP başqanı Gültekin Tırpancıya Qarabağ məsələsi ilə bağlı öz mövqeyini açıq şəkildə bildirdidiyinə, TLDP-nın “Xocalını unutmayaq” kampaniyası apardığına görə minnətdarlığını bildirib.

Görüş və müzakirələrdən sonra onlar partiya atributları və hədiyyələri bir-birlərinə təqdim ediblər. Görüşdə TLDP başqanın müavini Ulaş Okan, başqanın müşaviri Hüseyn Tüzün və TLDP Ankara təşkilatının rəhbəri Sinan Altınkök iştrak ediblər.

ALDP sədri F.Əliyev 3 günlük Türkiyə səfərində 5 QHT sədri ilə də görüşərək Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda söz açıb. F.Əliyev Ermənistanın işğalçılıq siyasəti, Türkiyənin Avropa Birliyinə üzvlüyünü əngəlləyən süni maneələrə qarşı hər iki ölkənin vətəndaş cəmiyyəti institutlarının həmrəylik nümayiş etdirməsininvacibliyini qeyd edib.

F.Əliyev Türkiyədə keçirdiyi bütün görüşlərdə Türkiyə-Azərbaycan birliyinin möhkəmlənməsinin və bunun üçün birlikdə mübarizə aparmağın vacibliyini qeyd edib. F.Əliyev Azərbaycan həqiqətlərinin, ermənilərin işğalçılıq siyasətinin dünyaya çatdırılmasında əməyi olan bütün təşkilatlara minnətdarlığını bildirib.


Müəllif: Cavad

Oxşar xəbərlər